Xəbər lenti

Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var
Ölkə 17:35 20.09.2025

Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var

Naxçıvanda avtobus qəzaya düşüb.

Qaynarinfo "Nuhçıxan”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->