Ölkə 18:37 07.07.2023

Zərərçəkənlərin Mövlam Şıxəliyevlə "dəymiş zərər savaşı" davam edir

Ləğv edilmiş Milli Təhüləksizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş kimi tanınalar şəxslər Ali Məhkəməyə kassasiya şikayəti təqdim ediblər. 

Qaynarinfo xəbər verir ki, zərərçəkənlər Mövlam Şıxəliyevdən dəymiş zərəri geri almaqda israrlıdırlar. 

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Keçmiş hökmlə razılaşmayaraq, apellyasiya şikayəti verib. O şikayətində bəraətverici əsaslarla hökm çıxarılmasını istəyib. Lakin onun şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın hökmünü qüvvədə saxlayıb. 

Bundan sonra Mövlam Şıxəliyev kassasiya şikayəti verib. Bəzi iddialara görə, onun tələsik kassasiya şikayəti verməsi icra işini yubatmağa yönəlib. Bu baxımdan, zərərçəkənlər hələ kassasiya şikayəti verməyə tələsmirdilər.

Məlumatlarda iddia edilir ki, zərərçəkənlər dəymiş zərərin ödənilməsini təmin etmək üçün sona qədər mübarizə aparmağı düşünür. 

Onlar həmçinin Mövlam Şıxəliyev və yaxınlarının mülkiyyətində olan başqa əmlakların da müsadirə olunmasını istəyir. 

Hələlik Ali Məhkəmənin vaxtı bəlli deyil. Ehtimal olunur ki, tərəflərin kassasiya şikayətinə payızda baxıla bilər. 

Seyid