Xəbər lenti

İdman 22:25 29.04.2024

"Zirə" doğma meydanda "Araz-Naxçıvan"a məğlub oldu

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.


Qaynarinfo xəbər verir ki, günün yeganə oyununda "Zirə" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Matçda yeganə qolu 89-cu dəqiqədə İqor Ribeyro vurub.


Bu nəticədən sonra "Zirə" 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. "Araz-Naxçıvan" isə 35 xalla səkkizinci yerə yüksəlib.


Turun əvvəlki oyunlarında "Sabah" "Səbail"i 2:0, "Kəpəz" "Qəbələ"ni 1:0, "Neftçi" "Turan Tovuz"u 3:0, "Sumqayıt" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->