Xəbər lenti

Siyasət 17:55 27.04.2024

"Sülh üçün İrəvan bu addımları atmaldıır" - Ekspert

"Sərhəd məsələsində konkret addımlar atıldığı kimi, sülh danışıqlarında da Ermənistan hakimiyyəti konkret addımlar atmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almasını şərh edərkən deyib.

Fərhad Məmmədov bildirib ki, delimitasiya və demarkasiya istiqamətində proseslər tənzimlənəndən sonra konkret addımlar da atıla bilər:
 


"Bu proses may ayının ortası - yay aylarında başlanılır. Odur ki, sülh müqaviləsilə ilə bağlı da irəliləyişlərin əldə olunması gözlənilir. Əlbəttə ki, Azərbaycanın qanunvericilik və sair istiqamətdə tələbləri də var. Azərbaycana qarşı ərazi iddialarının tam olaraq Ermənistan qanunvericiliyindən çıxarılacağı ilə bağlı rəsmi Bakıda əminlik yaratmaq üçün İrəvanda bu istiqamətdə də müəyyən addımların həyata keçirilməsi mümkündür. Sərhəd məsələsində konkret addımlar atıldığı kimi, sülh məsələsində də Ermənistan hakimiyyəti konkret, praktiki addımlar atmalıdır".
 
Qeyd edək ki, İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb. Bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib. O qeyd edib ki, Azərbaycan tərəfindən sülh müqaviləsi layihəsi ilə bağlı 9-cu təkliflər alınıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->