Xəbər lenti

1,4 milyonluq işlə bağlı məhkəmə başa çatdı - Direktor və menecerlərinə hökm oxundu
Ölkə 13:31 04.12.2025

1,4 milyonluq işlə bağlı məhkəmə başa çatdı - Direktor və menecerlərinə hökm oxundu

Zamin Əmlak Agentliyinin direktoru Oqtay Zərbəliyev və agentliyin menecerləri Orxan Əliyevlə Natiq Şahmuradovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə mühakimə olunan adıçəkilən şəxslərə hökm oxunub. 

Hakim Nigar İmanovanın çıxardığı hökmə əsasən Oqtay Zərbəliyev 7 il, Orxan Əliyev 5 il, Natiq Şahmuradov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarına əsasən, müttəhimlər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər. Onlar zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Dəymiş maddi ziyanın məbləği ümumilikdə 1 490 200 manat təşkil edir. 

Hər üç şəxs hüquq-mühafizə orqanlarına şikayətlərdən sonra saxlanılıb və onlara dələduzluq ittihamı irəli sürülüb. 

Maraqlıdır ki, ortada sübutlar olmasına baxmayaraq, hər üçü məhkəmə zamanı verilmiş ittiham üzrə özlərini təqsirli bilməyib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->