Xəbər lenti

Dünya 13:26 20.12.2023

1941-ci ilə aid sənəd: Almaniyanın hücumu haqda məxfi teleqram ilk dəfə... (FOTO)

Rusiya Prezident Kitabxanası ilk dəfə olaraq faşist Almaniyasının müharibəyə başlamaq planları barədə xəbərdarlıq edən 1941-ci ildən şifrələnmiş teleqramı yayıb. 

Qaynarinfo xəbər verir ki, kitabxananın saytında FSB-nin mərkəzi arxivindən bir fotokopiya dərc olunub.

Bildirilir ki, teleqram SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının rəhbərliyinə 1941-ci il iyunun 21-də axşam Leninqrad vilayətindən daxil olub. Göndərən regional idarənin rəhbəri Pavel Kuprin olub. O, NKQB-nin o vaxtkı rəhbəri Vsevolod Merkulova "Almaniya SFG şirkəti tərəfindən iyunun 22-dək onun mütəxəssislərinin Leninqraddan çıxarılması və yaxın günlərdə hərbi əməliyyatların başlaması haqqında” məlumat verib.

"Vəziyyət çox gərgindir və növbəti 2-4 gün ərzində Almaniyanın təşəbbüsü ilə hərbi əməliyyatlar gözlənilir”, - mətndə deyilir.

Teleqramın rəsmi hissəsində deyilir ki, Moskvaya iyunun 21-də saat 20:10-da Leninqraddan teleqram gəlib. Sənəd 21:30-da, müharibənin başlamasına altı saatdan az vaxt qalmış deşifrə edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->