Xəbər lenti

Dünya 21:12 05.04.2024

238 dəfə seçkidə namizəd olub, heç birində qalib gələ bilməyib (VİDEO)

Hindistanda bir kişi 238 dəfə seçkilərdə iştirak edib və heç vaxt qalib gəlməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Oddity Central" məlumat yayıb.

K. Padmarajan Tamilnad ştatından olan 65 yaşlı fəhlədir. O, 30 il ərzində 238 seçki namizəd olması və qeydiyyat rüsumlarına minlərlə dollar xərcləməsi ilə tanınır. Hindistanlı heç vaxt qalib gəlməyib, amma qələbənin ona lazım olmadığını deyir.

"Bütün namizədlər seçkilərdə qalib gəlməyə çalışırlar, amma mən yox", deyə o bildirib.

Padmarajan başa düşür ki, hətta yerli hakimiyyət orqanlarında da yüksək vəzifə tutmaq şansı yoxdur. O bununla göstərir ki, hər kəs namizədliyini irəli sürə, seçilə bilər.

Onun seçkilərdə qalib gəlməyə ən çox yaxınlaşdığı 2011-ci ildə Mettur şəhərində baş assambleyaya namizədliyini irəli sürdüyü və 6273 səs topladığı vaxt olub. Amma yenə də Padmarajan qalibdən çox geri qalıb - onun rəqidi 75.000-dən çox səs toplayıb. 

İnsanları ruhlandırmaq və onlara gündəlik həyatlarında əzmkar olmağı öyrətmək üçün Padmarajan indi tələbələrə davamlılıq və uğursuzluqların öhdəsindən gəlmək haqqında mühazirələr oxuyur.

O, Hindistanda "Seçki kralı" və "Dünyanın ən böyük seçki uduzanı" kimi tanınır. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->