"Niyə cəmiyyət bir müğənninin Yazıçılar Birliyinə üzv olmasını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir?"
Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, buna səbəb bizim ciddi məsələləri müzakirəyə çıxarmamağımızdır:
"Elm və təhsil naziri dedi ki, dərslər sentyabrın 1-dən başlansın, bu çox ciddi məsələ idi, amma müzakirələr dayandı. Böyük Britaniyanın "World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Amma 30 ildir müstəqil olan Azərbaycanın bir universiteti belə bu siyahıya daxil ola bilməyib. Çünki universitetlərimizdə təhsil yoxdur. Təhsil ocağı olması gərəkən yerlər tələbələrin cibinə baxır. Bu məsələlər müzakirə olunmalıdır", deyə deputat qeyd edib.
Qafqaz Rafiqoğlu
Şərhlər