Xəbər lenti

Ölkə 11:55 02.11.2023

50 "RedBull”, 45 "Alpen Gold oğurladı - 24 gün həbs cəzası aldı

Bakıda məşhur marketlərin birindən 110 manatlıq "Alpen Gold” şokoladı və 200 manat dəyərində "RedBull” enegetik içkisi oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, saxlanılan 1990-cı il təvəllüdlü Rasim (şərti) pula ehtiyacı olduğu üçün məcburiyyət qarşısında oğurluq etdiyini, əməlindən peşman olduğunu, ailəsinin və uşaqalrının Ağstafada yaşadığını bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş edib. 

Səbail rayonu, Xəqani küçəsi 21 ünvanında yerləşən supermarketdə 20 oktyabr 2023-cü il tarixində aparılan məhsulların sayımı zamanı 50 ədəd ümumi dəyəri 200 manat olan "RedBull” enegetik içkisi və 45 ədəd ümumi dəyəri 110 manat olan "Alpen Gold” şokoladının əksik olduğu müəyyən edilib. Mağazanın kamera görüntülərinə baxış keçirilən zaman bir nəfərin içəri daxil olaraq həmin məhsulları oğurladığı müəyyənləşib.

26 oktyabr 2023-cü il tarixində saat 13:00 radələrində Rasimin yenidən mağazaya giriş etdiyi görünüb və bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat verilib. O, polis tərəfindən saxlanılıb. 

Məhkəmənin qərarı ilə Rasim İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və barəsində 24 gün müddətə inzibati həbs tətbiq edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->