Xəbər lenti

AAYDA-da kadr islahatlarının başlaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir (YENİLƏNİB)
Ekonomiks 16:23 10.02.2026

AAYDA-da kadr islahatlarının başlaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir (YENİLƏNİB)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı köməkçisi Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub. 

Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib. 
 
***
 
AAYDA-dan verilən məlumata görə, qurumda kadr islahatlarına başlanılması və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”.

Əhməd
 

Əflatun Qasımov
--> -->