Xəbər lenti

Neft embarqosu Kubada aviareysləri iflic edib - Adada minlərlə turist qalıb
Dünya 16:30 10.02.2026

Neft embarqosu Kubada aviareysləri iflic edib - Adada minlərlə turist qalıb

ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sərt neft blokadası ölkədə aviasiya əlaqələrinə ciddi zərbə vurub. 

Qaynarinfo xəbər verir ki, kəskin yanacaq çatışmazlığı səbəbindən Kanadanın "Air Canada” aviaşirkəti adaya bütün reysləri müvəqqəti olaraq dayandırıb. Yalnız təxliyə məqsədli uçuşlar həyata keçirilir və bu reyslərlə təxminən 3000 turistin adadan çıxarılması planlaşdırılır.

"Air Canada” şirkəti bildirib ki, vəziyyəti izləməyə davam edəcək və daha sonra Kubaya normal aviareyslərin bərpası ilə bağlı müvafiq qərar qəbul edəcək.

Oxşar addımlar "WestJet” və digər aviaşirkətlər tərəfindən də atılıb. "Iberia” və "Air Europa” sərnişinlərə biletin qaytarılması, yenidən bron edilməsi və ya Kubadan kənarda yanacaq doldurmaqla alternativ marşrutlar təklif edir. ABŞ aviaşirkətləri, o cümlədən "American Airlines” isə uçuşları davam etdirir, çünki təyyarələrini Kubadan kənarda yanacaqla təmin edirlər.

Yaranmış vəziyyətin əsas səbəbi ABŞ-ın neft embarqosudur. Bu embarqo Kubanı getdikcə daha dərin böhrana sürükləyir. Havana hökuməti artıq beynəlxalq aviaşirkətləri məlumatlandırıb ki, bu çərşənbə axşamından etibarən adada təyyarələrin yanacaqla təmin edilməsi mümkün olmayacaq. Bu barədə media pilotlara və aviaşirkətlərə istinadla məlumat yayıb. Yanacaq çatışmazlığı ilə bağlı xəbərdarlıq ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən də edilib.

Enerji böhranına cavab olaraq Kuba hakimiyyəti sərt qənaət tədbirləri tətbiq edib. Dövlət qurumlarında qısaldılmış iş həftəsi tətbiq olunub, məktəb və universitetlərdə tədris vaxtı azaldılıb, turizm infrastrukturunun bir hissəsi bağlanıb. Bundan əlavə, benzin satışı, eləcə də avtobus və dəmir yolu nəqliyyatı məhdudlaşdırılıb.

Bu arada Rusiya Vaşinqtonla açıq qarşıdurmaya gedərək ABŞ hökumətini "boğma taktikası” tətbiq etməkdə ittiham edir. Kreml bəyan edib ki, mövcud vəziyyətin əsas səbəbi Karib adasını məqsədyönlü şəkildə çökdürən Amerika sanksiyalarıdır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Kuba hökuməti ilə sıx təmasdadır və hər hansı hərbi müdaxilə formasına qarşı çıxacaq.

Aydın
--> -->