ABŞ-ın Arizona ştatında həkimlər pnevmonik vəbadan xəstə ölümünü qeydə alıblar.
"Report" xəbər verir ki, bu barədə Kokonino dairəsinin Səhiyyə Departamenti feysbukda məlumat yayıb.
Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Ölənin kimliyi barədə məlumat verilmir.
Pnevmonik vəba bu xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur.
Şərhlər