Xəbər lenti

Uşik dünyanın ən yaxşı boksçusunun kim olduğunu açıqladı (VİDEO)
Video 13:59 12.07.2025

Uşik dünyanın ən yaxşı boksçusunun kim olduğunu açıqladı (VİDEO)

Ukraynalı boksçu Aleksandr Uşik 19 iyul tarixində Londondakı "Uembli” stadionunda britaniyalı rəqibi Daniel Dyubua ilə revans matçına çıxacaq. Bu döyüşdə heavyweight (ağır çəki) üzrə dünya üzrə mütləq çempion adı uğrunda mübarizə gedəcək.

Qaynarinfo xəbər verir ki, döyüş öncəsi Britaniyanın keçmiş dünya çempionu Karl Froç ilə müsahibəsində Uşik öz fikrincə dünyanın ən güclü boksçusunu və ən çətin britaniyalı rəqiblərini açıqlayıb.

"Dünyanın ən yaxşı döyüşçüsü mən deyiləm. Bu, Terens Krouforddur”, deyə Uşik bildirib.

Uşik amerikalı Terens Kroufordu yarımorta çəki dərəcəsində dünya üzrə mütləq çempionu, ən güclü boksçu hesab etdiyini bildirib.

Britaniyalı boksçular arasında isə Uşikin fikrincə ən çətin rəqib Tayson Fyuridir. İkinci yerdə Entoni Coşua, üçüncü yerdə isə Daniel Dyubua gəlir.

19 iyuldakı revanş döyüşü ərəfəsində Daniel Dyubua açıqlama verərək Uşikin titullarını alacağını və onu biryolluq təqaüdə göndərəcəyini bildirib.
Bundan əlavə, mediada yayılan məlumatlara görə, Uşikin növbəti döyüşlərindən biri MMA qaydaları üzrə Ceyk Pol ilə ola bilər. Bildirilir ki, hər iki tərəfin komandası bu döyüş barədə danışıqlar aparır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->