Xəbər lenti

Ekonomiks 11:29 06.06.2022

ABŞ iki şirkətə Venesuela neftini Avropaya göndərməyə icazə verdi

İtalyan neft şirkəti Eni SpA və İspaniyanın Repsol SA gələn ay Venesuela neftini Avropaya daşımağa başlaya bilər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə agentliyə məsələdən xəbərdar olan gizli mənbələr məlumat verib

Neft satışı iki il əvvəl Vaşinqtonun Venesuelaya qarşı sanksiyaları gücləndirməsi ilə dayandırılan borc əvəzinə neft mübadiləsini bərpa edəcək. 

"Eni” və "Repsol”un alacağı gözlənilən neftin həcminin böyük olmadığını və qlobal neft qiymətlərinə hər hansı ciddi təsirinin olmayacağı bildirilir. Lakin Vaşinqtonun Venesuelanın Avropaya uzun müddətdir dondurulmuş neft axınını bərpa etməyə icazə verməsi Venesuela prezidenti Nikolas Maduro üçün simvolik dəstək ola bilər.

ABŞ Dövlət Departamenti məktubla iki şirkətə tədarükləri bərpa etmələri üçün razılıq verib. Bu barədə Reuters-in mənbələri bildirib. Co Baydenin administrasiyası ümid edir ki, Venesuela xam nefti Avropaya Rusiyadan asılılığı azaltmağa və Venesuelanın bəzi yüklərini Çindən Avropa istiqamətinə döndərməyə kömək edə bilər. Baydenin digər məqsədi isə Maduronu Venesuela müxalifəti ilə siyasi danışıqları yenidən başlatmağa sövq etməkdir. 

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->