Xəbər lenti

Dünya 16:57 28.02.2024

ABŞ-ın yeni sanksiyaları Rusiya neftinin Hindistana satışını təhdid edir - "Reuters"

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Rusiya dəniz neftinin ən böyük alıcısı olan Hindistana satışına təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, sanksiyalar həmçinin Hindistanın dövlət neft emalı zavodlarının illik tədarük müqavilələrini təmin etmək səylərini çətinləşdirəcək.
Sanksiyalar Vaşinqtonun Rusiya nefti üçün G7 qiymət həddini pozmaqda ittiham etdiyi Rusiyanın aparıcı "Sovcomflot” tanker donanmasını hədəf alır.

"Hindistan neft emalı zavodları Rusiya nefti üçün gəmilərin əldə edilməsində "problemlər" yaradacaq və yük tariflərini artıra biləcək son sanksiyalardan narahatdırlar. Bu, treyderlərdən və Rusiya şirkətlərindən çatdırılma şərtləri ilə alınan neftə endirimi azalda bilər", deyə məlumatda qeyd edilir. 

Bundan əlavə, Rusiya gələcək sanksiyalar riskindən qorunmaq üçün daha da böyük həcmdə neftinin treyderlər vasitəsilə satmaq məcbiyyətində ola bilər.

Rusiya Federasiyası 2023-cü ildə Hindistana ən böyük neft tədarükçüsü olub. Təcili sövdələşmələr və spot bazar alışları sayəsində Cənubi Asiya ölkəsi 2022-ci ildə gündəlik orta hesabla 652 000 barellə müqayisədə 2023-cü ildə təxminən 1,66 milyon barel Rusiya nefti idxal edib.

Əlavə edilir ki, "Rosneft” Dubaydakı qiymətlərə 3-3,50 ABŞ dolları endirim təklif edib ki, bu da aparıcı neft emalı şirkəti "Indian Oil”la "Rosneft” arasında bağlanmış və martın 31-də başa çatacaq müqavilələrdən daha azdır. 

Bununla belə, emalçılar sanksiyaların yaratdığı qeyri-müəyyənliyi nəzərə alaraq təklif olunan endirimi əhəmiyyətsiz hesab edirlər.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümü ərəfəsində və Aleksey Navalnının ölümündən sonra Rusiya Federasiyasına qarşı 500-dən çox sanksiya və 100-ə yaxın təşkilata qarşı yeni ixrac məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->