Xəbər lenti

Dünya 16:09 18.04.2024

ABŞ İrana hücum etməmək müqabilində İsrailin Rəfah əməliyyatına razılıq verdi

ABŞ administrasiyası İsrailin İrana genişmiqyaslı hücumdan imtina etməsi müqabilində Qəzza zolağının cənubundakı Rəfahda İsrailin quru əməliyyatına razılıq verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New Arab” qəzeti "Al-Araby Al-Jadeed, Londonda yerləşən və Qətər şirkətinə məxsus qəzet) Misirdən olan mənbəsinə istinadən yazır.

İsrailin planı Rəfahı nömrələnmiş sektorlara bölməkdir ki, burada əhalinin sistemli şəkildə, xüsusən də anklavın cənubundakı Xan Yunus şəhərinə doğru hərəkəti, eləcə də hərbi əməliyyatlar həyata keçiriləcək. Misir İsrail ordusunun hərəkətlərinə hazırlaşmağa başlayıb. Misir Qızıl Aypara Cəmiyyətinin idarə etdiyi Xan Yunis qaçqın düşərgələrinin tutumu artırılıb. Oraya daha çox humanitar yardım göndərilir. Şimali Sinayda Qəzza zolağı ilə 14 kilometrlik sərhəd zolağı boyunca döyüş hazırlığı artırılıb.

CNN mənbələri daha əvvəl bildirirdilər ki, İsrail İranın hücumuna cavab hazırladığı üçün Rəfah əməliyyatını təxirə salıb. İsrail ordusunun əməliyyata bu həftə başlamağı planlaşdırdığı iddia edilirdi.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300 pilotsuz uçuş aparatı, qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu raket və dronların 99%-nin məhv edildiyini bəyan edib. Lakin İran hücumu uğurlu adlandırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->