Xəbər lenti

ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Dünya 09:09 20.04.2026

ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var

ABŞ Silahlı Qüvvələri Sakit Okeanda narkotik daşımaq üçün istifadə edilən gəmiyə zərbə endirib.

"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, hücum nəticəsində üç nəfər öldürülüb.

"SOUTHCOM" komandanı Frensis Donovanın rəhbərliyi altında "Cənub nizəsi" Birləşmiş Operativ Qrupu aprelin 19-da gəmiyə zərbə endirib. Kəşfiyyat gəminin Karib dənizində məlum narkotik qaçaqmalçılığı marşrutları ilə getdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - məlumatda bildirilir.
--> -->