Xəbər lenti

ABŞ polisi yeniyetmələrə evsizlərlə bağlı süni intellekt zarafatları etməməyi tövsiyə etdi
Video 18:20 13.10.2025

ABŞ polisi yeniyetmələrə evsizlərlə bağlı süni intellekt zarafatları etməməyi tövsiyə etdi

ABŞ polisi "TikTok” sosial şəbəkəsində yayılan yeni təhlükəli tendensiya barədə xəbərdarlıq edib. Yeniyetmələr neyron şəbəkələrin köməyi ilə evsiz insanları guya öz mənzillərində çəkilmiş kimi göstərən saxta fotolar yaradır və bu şəkilləri valideynlərinə göndərirlər.

Qaynarinfo xəbər verir ki, hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, belə zarafatlar faciə ilə nəticələnə bilər. Qorxuya düşən valideynlər bəzən dərhal polisə zəng edirlər, çünki uşaqlarının evinə yad birinin daxil olduğunu düşünürlər.

Yeniyetmələr "Snapchat” tətbiqindəki süni intellekt alətlərindən istifadə edərək otaqlarında səliqəsiz görkəmli bir kişinin fotosunu yaradır, sonra isə valideynlərinə "tanışlarını” içəri buraxdıqlarını bildirir və onların reaksiyasını videoya çəkirlər. Bu cür videolar qısa zamanda məşhurlaşaraq milyonlarla baxış toplayıb.


ABŞ-ın Salem şəhər polisinin açıqlamasına görə, bu cür zarafatlar həm zövqsüz, həm də təhlükəlidir: "Belə davranış evsiz insanları alçaldır, panikaya səbəb olur və polis əməkdaşlarını real çağırışlardan yayındırır. Hadisə yerinə gələn zabitlər bunun zarafat olduğunu bilmir və real soyğun kimi hərəkət edirlər”.

"Round Rock” patrul bölməsinin komandiri Endi Mak-Kinni NBC telekanalına müsahibəsində bildirib ki, belə hallar xüsusi təyinatlı qüvvələrin müdaxiləsinə qədər gedib çıxa bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->