ABŞ-dan Demokrat senator Riçard Blumental prezident Donald Trampın sülh danışıqlarında təmsilçiləri Stiv Uitkoff və Cared Kuşneri onların pro-Rusiya mövqeyi səbəbindən tənqid edib və onların əvəzlənməsinin zəruri olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "Suspilnoye” telekanalına şərh
verib.
Senator narahatlığını bildirib ki, Tramp Ukraynanı təhlükəsizlik zəmanəti olmadan sülh müqaviləsini tez imzalamağa məcbur edir:
"Mən dərin narahatam ki, görünür, o, Ukraynanı taleyin ixtiyarına buraxır. Onu ədalətsiz və ağılsız ərazi güzəştlərinə məcbur edir və Putinin qırğınlarından qorunmaq üçün lazım olan hərbi yardımdan məhrum edir", – deyə Blumental bildirib.
O, qeyd edib ki, Trampın nümayəndələrinin apardığı sülh danışıqları "tamamilə birtərəfli"dir – Ukraynadan tələblər irəli sürülür, amma Rusiyanın heç bir real güzəşti yoxdur:
"Onlar, görünür, Ukraynaya qarşı qərəzlidir. Mən düşünürəm ki, Trampın yeni nümayəndələrə ehtiyacı var – Uitkoff və Kuşner neytral və ya obyektiv danışıqlar aparmaq əvəzinə Rusiyanın tərəfində görünür. Və bütün "sülh planı” bir kənara atılmalıdır, ilkin mərhələyə qayıtmaq lazımdır".
Senator həmçinin Trampın tələb etdiyi kimi Ukraynada seçkilərin keçirilməsini lazım bilmədiyini deyib:
"Görünür, Tramp Putini sakitləşdirir. Seçkilər sadəcə onun Putinə qarşı etdiyi addımın bir hissəsidir. Putin seçki keçirmir, Zelenskinin də buna ehtiyacı yoxdur", – deyə Blumental əlavə edib.
Demokrat senator Cin Şahin də hesab edir ki, Ukraynanı Milad bayramına qədər sülh müqaviləsini imzalamağa məcbur etmək düzgün deyil:
"Rusiya yalnız ABŞ və Avropanın təzyiqinə reaksiya verir, buna görə biz Ukraynaya daha çox silah təmin etməliyik. Daha çox dəstək göstərməliyik və ikincil sanksiyalar tətbiq etməliyik", – deyə o bildirib.
Respublikaçı senator Markveyn Mallin isə Putini danışıqlar masasına oturmağa məcbur edəcək hər hansı tədbirləri dəstəklədiyini söyləyib:
"Mən ona nə etməli, nə etməməli olduğunu demirəm, sadəcə deyirəm ki, Zelenski öz yanaşmasında real olmalıdır, amma dürüst olmaq lazımdır ki, Putin də istədikləri barədə real olmalıdır", – deyə o bildirib.
FT-nin məlumatına görə, ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna prezidenti Volodimir Zelenskinin bir neçə gün ərzində sülh planına cavab verməsini tələb edib. Təklif Ukraynanın ərazi güzəştlərinə razı olmasını nəzərdə tutur. Mənbələrin verdiyi məlumata görə, Tramp bu razılaşmanı "Milad bayramına qədər" imzalamaq istəyir.
KİV-lərin məlumatına görə, ABŞ-ın Ukraynaya təklifi Trampın müşavirləri Uitkoff və Kuşnerin Kreml görüşündən sonra daha sərt şərtlərdən ibarət olub – ərazi məsələsi və Zaporoje Atom Elektrik Stansiyası üzərində nəzarət daxil olmaqla, əvvəlki versiyalardan daha ciddi tələblər irəli sürülüb və təhlükəsizlik zəmanətləri ilə bağlı əsas suallar cavabsız qalıb.
Alpər
Şərhlər