Amerikalı jurnalistlərlə söhbət zamanı Trampdan soruşublar: nə üçün ABŞ Ukraynaya da İsrailə göstərdiyi dəstək qədər yardım göstərmir?
Qaynarinfo xəbər verir ki, bu sual qarşısında Tramp yenidən əgər prezident o olsaydı, Ukrayna ilə Rusiya arasında bu cür genişmiqyaslı müharibə heç vaxt başlamazdı deyə
vurğulayıb:
"Mən Ukraynaya kömək edirəm. Ona çox ciddi yardım göstərirəm. Bu elə bir müharibədir ki, heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, indi Rusiya ilə müharibəniz olmazdı”.
Tramp həmçinin bildirib ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxşı bir telefon danışığı olub, lakin Rusiya lideri Putinlə son danışığından çox məyus qalıb.
Qeyd edək ki, Vaşinqton İsraili Yaxın Şərqdə əsas strateji müttəfiq hesab edir. Ukrayna isə ABŞ-ın tərəfdaşıdır, lakin rəsmi müttəfiqlik statusu və ABŞ-ın müdafiə öhdəlikləri yoxdur.
İsrail ABŞ-dan daimi, proqnozlaşdırılan və uzunmüddətli yardım alır. Ukraynaya yardım məsələsi isə ABŞ-dakı siyasi vəziyyətə və hakimiyyətdəki dəyişikliklərə bağlı olaraq dəyişir.
Xatırladaq ki, ABŞ-ın yaxınlarda İranla müharibəyə cəlb olunduğu və İsrailə İranın nüvə proqramına qarşı mübarizədə kömək etdiyi bildirilir. Həmçinin amerikalı hərbçilər İsrailə qarşı raket və dron hücumlarını dəf etməkdə də iştirak edirlər.
Yada salaq ki, ayın əvvəlində ABŞ-ın Ukrayna ordusuna bəzi zenit raketləri və yüksək dəqiqlikli sursatların tədarükünü müvəqqəti dayandırdığı məlum olmuşdu.
Alpər
Şərhlər