Xəbər lenti

ABŞ Ukraynaya Rusiyaya zərbələrin idarəsi üçün kəşfiyyat məlumatı verəcək – FT
Dünya 23:40 03.10.2025

ABŞ Ukraynaya Rusiyaya zərbələrin idarəsi üçün kəşfiyyat məlumatı verəcək – FT

Hələ rəsmi yekun qərar açıqlanmasa da, ABŞ prezidenti Donald Tramp agentliklərə Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsinə hazırlaşmağı tapşırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” nəşrinə mənbələr bildiriblər.

Məqalədə qeyd olunur ki, Ağ Evdə müzakirələrlə tanış olan mənbələrdən biri Trampın yaxın çevrəsində "mövqedə kəskin dəyişiklik” baş verdiyini deyib. Bununla belə, həmin şəxs əlavə edib ki, prezident ABŞ vergi ödəyicilərinin vəsaitlərindən Ukraynaya birbaşa yardım göstərilməsinin əleyhinədir. Tramp hesab edir ki, daha yaxşı yol NATO müttəfiqlərinin Vaşinqtondan silah alaraq onu Kiyevə ötürməsidir.

Ağ Evin nümayəndəsi isə belə açıqlama verib: "Bu müharibə heç vaxt baş verməzdi, əgər prezident Donald Tramp olsaydı. Bunu həm prezident Putin, həm də prezident Tramp etiraf edib. Prezident hazırda müharibəni dayandırmağa çalışır. O, həmçinin NATO müttəfiqlərinə ABŞ silahını almağa imkan verən tarixi saziş əldə edib. İndilikdə əlavə bəyanatımız yoxdur”.

Məqalədə deyilir ki, Ukrayna Prezident Ofisi ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi barədə xəbəri şərh etməkdən imtina edib, lakin Kiyev və Vaşinqtonun hələ də "Tomahawk” raketləri barədə danışıqları davam etdirdiyini təsdiqləyib.

WSJ yazmışdı ki, ABŞ-ın kəşfiyyat dəstəyi Ukraynaya Rusiya ərazisinə daha dəqiq zərbələr endirməyə kömək edəcək. Nəşr qeyd edir ki, əgər Rusiya ərazisi toxunulmaz qalsa, Ukraynanın üstünlük qazanması çətin olacaq. Bildirilir ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları artıq real ziyan vurur. Əsas sual isə Trampın yaxın vaxtlarda Ukraynaya veriləcək yeni sursatların tətbiqinə hər hansı məhdudiyyət qoyub-qoymayacağıdır.

"The Times” qəzetinin şərhçisi Maykl Evans yazır ki, ABŞ kəşfiyyatının verdiyi məlumatlar sayəsində 2022-ci ilin aprelində Ukrayna Rusiya hərbi-dəniz donanmasının "Moskva” raket kreyserini batıra bilmişdi. Lakin Bayden administrasiyası dövründə Pentaqonun xüsusi xəbərdarlığı var idi: ABŞ kəşfiyyatının məlumatları ayrı-ayrı rusiyalı generallara qarşı hücum üçün verilmirdi. O vaxt Pentaqon sözçüsü Con Kirbi də bildirmişdi ki, məlumatlar bu məqsədlə istifadə olunmayacaq. Analitiklərin qənaətinə görə, Tramp artıq Ukraynaya rus enerji obyektlərinə zərbələr endirməyə imkan verən əlavə kəşfiyyat dəstəyini məhdudiyyətsiz təqdim etmək qərarına gəlib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->