Xəbər lenti

Yer sürətlə
Dünya 19:52 03.10.2025

Yer sürətlə "qaralır": Alimlər bunun insanlıq üçün təhlükəsini izah etdi

2001–2024-cü illər arasında Yer kürəsinin günəş işığını əks etdirmə qabiliyyəti (albedo) nəzərəçarpacaq dərəcədə azalıb. 

Qaynarinfo xəbər verir ki, bu nəticə NASA-nın radiasiya elmləri üzrə baş texnoloqu Norman Loebin rəhbərliyi ilə aparılan 20 illik araşdırmada təsdiqlənib.

Alimlərin qeyd etdiyinə görə, xüsusilə şimal yarımkürəsində bu azalma daha çox müşahidə olunub. Məhz burada günəş radiasiyasının xalis itkisi qeydə alınır, halbuki cənub yarımkürəsi orta hesabla daha çox enerji qəbul edir.

Mütəxəssislər bildirirlər ki, bu disbalansın əsas səbəblərindən biri atmosferdəki dəyişikliklərdir. Enerjinin okean və atmosfer dövranı vasitəsilə qismən ötürülməsi baş versə də, bu proses yarımkürələr arasındakı fərqi kompensasiya etməyə kifayət etmir.

Əsas amillərdən biri isə Arktikada buzlaqların və qar örtüyünün azalmasıdır. Bu səthlər günəş radiasiyasının əksər hissəsini geri qaytararaq Yer kürəsinin enerji balansını qorumağa kömək edirdi. Lakin onların əriməsi ilə yerini daha tünd rəngli su və qayalar tutur ki, bu da daha çox günəş işığını udur və albedonu aşağı salır.

Alimlər xəbərdarlıq edirlər ki, hətta belə kiçik görünsə də, əks etdirmə qabiliyyətinin azalması uzunmüddətli dövrlərdə iqlim dəyişikliyi prosesini sürətləndirə bilər. Bu, xüsusən də Arktika kimi həssas bölgələrdə daha ciddi nəticələrə səbəb ola bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->