Təmir işlərini həyata keçirmək üçün böyük məbləğdə vəsaitə ehtiyacı olan müştərilər üçün ABB əlverişli imkan yaradıb. 200 000 manata qədər Təmir kreditini indi ABB-dən sərfəli şərtlərlə uzun müddətə və tam onlayn əldə etmək olar. Bu, mənzillərlə yanaşı, təmiri xüsusilə böyük xərc tələb edən fərdi yaşayış və bağ evlərinin, eləcə də obyektlərin təmiri üçün unikal imkandır.
Kreditin şərtləri:
Maksimal məbləğ: 200 000 AZN
İllik faiz dərəcəsi: 14%-dən başlayaraq
Müddət: 59 ayadək
Rəsmi gəlirə malik hər bir Azərbaycan vətəndaşı bu imkandan istifadə edə bilər. Krediti ABB Home platformasından,
ABB mobile tətbiqindən, Bankın rəsmi
internet səhifəsindən, yaxud ABB-nin istənilən filialından əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi
//abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Şərhlər