Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı.
Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında deputat Vüqar Bayramov hökümət üzvlərinə müraciətində deyib.
Deputat bildirib ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır:
"Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı".
"Bu ilin yanvar ayında Füzuli rayonunda keçirilən illik hesabat yığıncağında sakinlər tərəfindən qeyd olunan məsələlərdən biri də Qaydışı qəsəbələrin içməli su təminatı ilə bağlı idi. On mindən çox sakini olan Qayıdışı qəsəbələrinin içməli su təminatı ilə bağlı artıq işlərə başlanılmışdır. Cənab baş nazir, sakinlərin müraciətini nəzərə alaraq, Sizdən bu prosesin sürətlənməsinə dəstək olmağınızı xahiş edirəm", deyə depuat vurğulayıb.
Qafqaz Rafiqoğlu
Şərhlər