Xəbər lenti

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir
Ölkə 18:34 09.12.2025

Adı məhkəmə işində hallanan deputatın mandatına xitam verilir

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.

Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib.

Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmiş iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.

Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->