Xəbər lenti

ADPU-nun tələbəsi vəfat etdi
phrase_var_qaynar. 14:58 16.04.2025

ADPU-nun tələbəsi vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi Balaxanım Əliyeva vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə universitetin Mətbuat xidməti məlumat yayıb. 

B.Əliyeva universitetin Kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi” ixtisası üzrə təhsil alırmış. 

Qeyd edək ki, ötən gün Azərbaycan Texniki Universitetinin tələbəsi Nihad Məmmədlinin özünü güllələyərək öldürməsi ilə bağlı məlumat yayılmışdı. İki gün əvvəl isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) I kurs tələbəsi Fuad Mirzəyev ürəktutmadan vəfat etmişdi. 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->