İdman 13:22 21.11.2023

AFFA sabah Canni De Byazi ilə bağlı qərar verəcək

AFFA sabah Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verəcək.

"Report”un əldə etdiyi məlumata görə, noyabrın 22-də AFFA İcraiyyə Komitəsinin məsələ ilə bağlı fövqəladə iclası keçiriləcək.

Qurumun binasında təşkil olunacaq toplantı saat 10:00-da başlayacaq. İclasda millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışı və italiyalı mütəxəssisin Belçika ilə son görüşün ardından idman jurnalistləri barədə səsləndirdiyi nalayiq fikirlər müzakirə olunacaq.

AFFA rəhbərliyinin sabahkı yığıncaqda Canni De Byazi ilə noyabrın sonuna qədər olan müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul edəcəyi gözlənilir.