Xəbər lenti

Dünya 10:26 03.02.2024

Aİ-nin Qırmızı dənizdəki madmirallığı bu ölkəyə keçdi

Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Avropa İttifaqının missiyasının taktiki komandanlığı İtaliyaya həvalə edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlayıb. 

Onun sözlərinə görə, Aİ İtaliyadan Qırmızı dənizdə "Aspides” əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib. 

Qeyd edək ki, Aİ yanvarın 22-si Qırmızı dənizdə kommersiya gəmilərini Yəmənin "Ənsar Allah” hərəkatının (husilər) hücumlarından qorumaq üçün missiya həyata keçirmək barədə qərara gəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->