Xəbər lenti

Dünya 18:20 21.01.2024

Aİ ölkələrindən biri Rusiya və Belarusla mədəni əməkdaşlığı bərpa edir

Slovakiya demək olar ki, iki illik fasilədən sonra Rusiya Federasiyası və Belarusla mədəni əməkdaşlığı bərpa edir.

Qayanrinfo xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" nəşri yazıb.

Qeyd olunur ki, mədəniyyət naziri Martina Şımkoviçova sələfi Natalya Milanovanın Moskva və Minsklə belə əməkdaşlığı dayandırmaq barədə əmrini ləğv edib. Keçmiş nazir bu qərarı Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan dərhal sonra verib.

"Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə aid olan bütün təşkilatlara və onların əməkdaşlarına, habelə nazirliyin struktur bölmələrinə və əməkdaşlarına Rusiya və ya Belarusla hər hansı akademik, mədəni və ya digər oxşar rəsmi əməkdaşlığı növbəti bildirişə qədər dayandırmaq tapşırılıb", deyə nazirliyin 2 mart 2022-ci il tarixli bəyanatda qeyd edilirdi.

Nəşr qeyd edir ki, 12 yanvar sərəncamının ləğvi ilə bağlı yeni sənəd onun sərəncamındadır və artıq qüvvəyə minib.

"Dünyada onlarla hərbi münaqişə baş verir və bizim fikrimizcə, incəsənət və mədəniyyət bunun əvəzini ödəməməlidir", deyə Martina Şimkoviçovanın mətbuat katibi bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->