Xəbər lenti

Dünya 18:50 19.10.2023

Aİ Qəzza zolağına humanitar yardımların maneəsiz daxil olmasına çağırır

Avropa İttifaqının sözçüsü Balaj Uyvari Misirin humanitar yardım yük maşınlarının Qəzza zolağına daxil olmasına icazə verməsi ilə bağlı yayılan xəbərləri alqışlayıb. Bununla belə, o, anklav ərazisinə gətirilən malların miqdarı ilə bağlı istənilən məhdudiyyətin beynəlxalq humanitar hüquqa uyğun olmadığını bildirib.

Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.

"Aİ Misirin mühüm ehtiyac duyulan humanitar yardımın Qəzza zolağına çatmağa başlaya biləcəyi ilə bağlı açıqlamasını alqışlayır. Beynəlxalq humanitar hüquq bütün tərəfləri ehtiyacı olanlara təhlükəsiz və maneəsiz humanitar yardımın daxil olmasını təmin etməyə borcludur. Malların miqdarı, təyinatı və kateqoriyalarına qoyulan məhdudiyyətlər bu öhdəliklərə uyğun gəlmir”, deyə Uyvari bildirib. 

Aİ rəsmisi təsdiqləyib ki, İttifaqdan ikinci humanitar reys cümə axşamı günortadan sonra Misirə enəcək.

"Bazar ertəsi gələn və bu gün uçan reysin yükünü toplasanız, söhbət 54 ton zəruri humanitar yükdən gedir. Buraya gigiyenik vasitələr, sanitar materiallar, həmçinin qida, su və sığınacaq daxildir”, deyə Uyvari qeyd edib. 

Onun sözlərinə görə, Aİ "İsrailin Misirdən qida, su və dərman tədarükünə mane olmayacağı barədə bəyanatını" alqışlayır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->