Xəbər lenti

Dünya 23:00 08.07.2022

AİHM 11 miqrantın ölümünə səbəb olan Yunanıstanla bağlı qərar verdi

Avropa İnsan Haqları Məhkəməsi Yunanıstan təhlükəsizlik qüvvələrinin Egey dənizində miqrantları daşıyan qayıqı qovması nəticəsində içlərində bir neçə uşaq və körpənin də olduğu 11 nəfərin ölümü ilə bağlı hökm çıxarıb.

Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

Məhkəmə bildiriş dərc edərək Yunanıstan təhlükəsizlik qüvvələrinin Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququ və miqrantlara qarşı qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi kimi tanınan ikinci və üçüncü maddələrini pozduğunu elan edib.

Məhkəmənin verdiyi açıqlamaya görə, Yunanıstan təhlükəsizlik qüvvələri miqrantlara xilasedici jilet verməyib, onları xilas etmək üçün daha böyük qayıqla əlaqə saxlamayıb və hadisə haqda səlahiyyətlilərə gec məlumat verilib.

Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsi Yunanıstan hakimiyyətini təhlükəsizlik qüvvələrinin qərarları pozduğuna görə ümumilikdə 330 min avro təzminat ödəməyə məhkum edib.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->