Xəbər lenti

Dünya 11:30 16.05.2023

AİHM-dən şok qərar: Bundan sonra statuslarımıza yazılan rəylərə görə də cavab verəcəyik

AİHM-in Böyük Palatası sosial şəbəkədəki səhifənin sahibinin başqalarının şərhlərinə görə məsuliyyət daşıması barədə qərar qəbul etdi

Sosial şəbəkədəki səhifənin sahibi başqalarının qanunu pozan şərhlərinə görə məsuliyyət daşıyır.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının mayın 15-də qəbul etdiyi qərarda deyilir. 

Palata Facebook statusunun altında nifrət dolu çıxışlar edildiyinə görə cərimələnən fransız siyasətçi Jülyen Şanşezin işi üzrə əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb.

"Ərizəçi Facebook-un "divarını” ictimailəşdirmək qərarına gəldiyindən və "dostlarına şərh yazmağa icazə verdiyindən” məhkəmə hesab etdi ki, bölgədəki gərginliyi və həmin zaman gedən seçki kampaniyasını nəzərə alaraq, o, onun seçiminin müəyyən potensial ciddi nəticələrin olacağından xəbərsiz ola bilməzdi”, - Böyük Palatanın qərarında deyilir.

2011-ci ildə sağçı "Milli birlik” partiyasının üzvü, o zamanlar Oksitaniyanın regional şurasının üzvü olan və parlamentə namizədliyini irəli sürən Şanşes siyasi rəqibini tənqid edən yazı yazmışdı. İki nəfər bu postun altında müsəlmanlara və Şimali Afrikadan olanlara qarşı irqçi ifadələrlə şərhlər yazıb. Şanşes daha sonra tərəfdarlarını bəyanatlarında daha diqqətli olmağa çağırsa da, şərhləri silməyib.

Nim sakini Leyla T bu şərhlərlə bağlı prokurorluğa şikayət edib. Nəticədə həm şərh yazanlar, həm də səhifə sahibi hər biri 3000 avro məbləğində cərimə edilib və zərərçəkənə 1000 avro kompensasiyanın birgə ödənilməsinə qərar verilib.

Şanşes bununıa bağlı AİHM-ə müraciət edib, lakin 2021-ci ilin sentyabrında məhkəmə onun qanuni mühakimə olunduğuna dair qərar qəbul edib. Məhkəmə işdə Avropa insan hüquqları konvensiyasının (İfadə Azadlığı) 10-cu maddəsinin pozulmadığını müəyyən edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->