Xalq artisti Alim Qasımov özünə ad günü keçirib. 
	
Bu barədə Qaynarinfo-ya açıqlama verən xanəndə gecənin fərqli keçdiyini bildirib. Muğam ifaçısı bu ad günündə aşıq mahnılarına üstünlük verdiyini deyib: 
	
"Şamaxıdayıq. Ad günümü burada keçirdik. Ancaq ailə üzvlərim idi, yığışdıq bir araya, dedik-güldük, sonda da oxudum. Amma bu dəfə ifamda dəyişiklik etdim, saza, aşıq mahnılarına üstünlük verdik".
 
 
Alim Qasımov arzularını da açıqlayıb:
	
"Xalqımıza, ölkəmizə əmin-amanlıq, firəvan bir həyat arzu edirəm. Tək istəyim odur ki, Allah hamını qorusun, mən də onların arasında, sadə bir vətəndaş kimi yaşamaq istəyirəm".
	
Bahar Rüstəmli
	
             
            
Şərhlər