Xalq artisti Alim Qasımova tanınmış reper Gölgədən təklif gəlib.
Bu barədə Qaynarinfo-ya muğam ifaçısının prodüseri İlkin Robin məlumat verib. Onun sözlərinə görə, xanəndə reperin ona etdiyi təklifə razılıq verməyib:
"Alim müəllim gedib onlarla görüşüb, şəkil də söhbət əsnasında çəkilib. Amma sözügedən layihə ilə bağlı dəqiq bir qərar verilməyib. Yəqin ki, Alim müəllim qərarını yaxın vaxtlarda açıqlayacaq”.
Xatırladaq ki, bir müddət öncə Xalq artisti dəvət aldığı məclislərin birində rep demişdi. Onun bu ifası sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olmuşdu.
Bahar Rüstəmli
Şərhlər