Xəbər lenti

Dünya 15:50 26.02.2024

Almaniya Ukraynaya silah tədarükü ilə bağlı Hindistanla gizli danışıq aparır

Almaniya hakimiyyəti Ukrayna üçün artilleriya sursatlarının alınması ilə bağlı Hindistanla gizli danışıqlar aparır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spigel” məlumatlı mənbələrə istinadən yazır.

Onların fikrincə, bu məsələnin müzakirəsi pərdə arxasında gedir, belə ki, Nyu Dehli Moskva ilə münasibətləri korlamamaq üçün açıq şəkildə silah satmaq istəmir. Ümumilikdə Hindistanda vasitəçilərin əli ilə Almaniyaya ötürülə biləcək bir neçə yüz min sursat var.

"Der Spiegel”in mənbələrinin bildirdiyinə görə, oxşar sövdələşmələr böyük sursat ehtiyatına malik ərəb ölkələri ilə də bağlana bilər. Mütəxəssislər qeyd edirlər ki, lazımi sursata Afrika ölkələrində, eləcə də Balkanlarda rast gəlmək olar.

Ukrayna Silahlı Qüvvələrinin sursat ehtiyatlarının iyuna qədər tükənə biləcəyini etiraf edən Alman kəşfiyyat xidmətlərinin narahatlığı fonunda Berlin sursat axtarışını gücləndirib. Almaniyanın Kiyevə sursat mərmi almaq üçün pul qıtlığı yoxdur - təkcə 2024-cü il üçün Almaniya hökuməti bu məqsədlə 7 milyard avro ayırıb, Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə mərkəzin rəhbəri Kristian Freydinq bildirib.

Bununla belə, onun sözlərinə görə, artilleriya və zenit sursatları "dünyanın rəflərində o qədər də əlçatan deyil”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->