Xəbər lenti

Almaniyada Hannover hava limanı drona görə işini dayandırdı
Dünya 12:33 06.11.2025

Almaniyada Hannover hava limanı drona görə işini dayandırdı

Almaniyada çərşənbə axşamı axşam saatlarında Hannover şəhərinin hava limanı yaxınlığında naməlum dron aşkar edilib və nəticədə aviareyslərin işi müvəqqəti olaraq dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə dpa agentliyinə yerli polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hava limanı saat 22:00-dan 22:45-dək bağlanıb — buna eniş edən bir təyyarənin dronu görməsi və bu barədə məlumat verməsi səbəb olub.

İlkin məlumata görə, dron hava limanının yaxınlığında yerləşən sənaye zonasının üzərindən uçub.

Hadisəyə görə üç reys digər hava limanlarına yönləndirilib. Digər təyyarələr isə gecikmələrlə olsa da, eniş və uçuş edə bilib.

Hava limanının mətbuat katibinin sözlərinə görə, yönləndirilmiş təyyarələrdən biri Hannover əvəzinə Hamburqa uçub. Digər sərnişin təyyarəsi isə Amsterdama qayıdıb, daha bir yük təyyarəsi isə kursunu Köln/Bonn hava limanına dəyişib.

Xatırladaq ki, çərşənbə axşamı naməlum pilotsuz uçuş aparatlarına görə Brüssel və Lyej hava limanlarının işi dayandırılmışdı.

Həmçinin 2 noyabrda Almaniyada Bremen şəhərinin hava limanı da naməlum dronun görünməsindən sonra işini dayandırmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->