Rusiya prezidenti Vladimir Putinin danışıqlara hazır olduğunu bəyan etməsindən sonra Almaniyanın həm "Almaniya üçün Alternativ” (AfD), həm də Sol partiyasının nümayəndələri kansler Fridrix Merzə Rusiya lideri ilə dialoqa başlamaq çağırışı ilə müraciət ediblər.
Qaynarinfo bu barədə NTV-yə istinadla xəbər verir.
Sol partiyanın parlament fraksiyasının lideri Zören Pellmann belə bir dialoqu "başlanğıc”
adlandırıb.
"Federal hökumət çox uzun müddət ərzində diplomatik addımlar baxımından yetərincə heç nə etmədi. Əgər bu əzabverici prosesə son qoymaq üçün ən kiçik bir şans varsa, bu şansı sınamaq bizim borcumuzdur”, deyə Pellmann əlavə edib.
AfD-nin xarici siyasət üzrə nümayəndəsi Markus Fronmayer isə kansleri Putinin təklifinə "obyektiv və məsuliyyətli yanaşmağa” çağırıb.
"Əgər prezident Putin danışıqlara hazır olduğunu açıq şəkildə bildirirsə, bu, nəzərə alınmalı və mümkün diplomatik başlanğıc kimi qiymətləndirilməlidir”, deyə Fronmayer vurğulayıb.
Xatırladaq ki, Sankt-Peterburq iqtisadi forumunun kuluarlarında Vladimir Putin Fridrix Merslə təmasa açıq olduğunu bildirib.
Fridrix Merz isə Rusiya prezidenti ilə görüşməni istisna etməyib – amma yalnız bu görüş Ukraynada müharibənin dayandırılmasına real töhfə verəcəksə.
Qeyd edək ki, Merz daha əvvəl Vladimir Putinin İsrail ilə İran arasında vasitəçi rolunda çıxış etməsinə qarşı çıxmışdı.
Alpər
Şərhlər