İmişli rayonunun Hüseyn Cavid küçəsində yaşayan sakinlər uzun illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Küçədə yolun yararsız vəziyyətdə olması burada yaşayan 1200-dən çox sakinin gündəlik həyatını çətinləşdirib.
Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək konkret nəticə əldə olunmayıb.
Küçədə asfalt örtüyünün dağılması nəticəsində yaranan dərin çala-çuxurlar hərəkəti demək olar ki, mümkünsüz edir. Xüsusilə yağışlı havalarda yol palçığa çevrilir, quraq günlərdə isə ətrafı toz-duman bürüyür. Sakinlər deyirlər ki, bu vəziyyət illərdir davam edir.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin bir sıra küçələri və kənd yolları ilə yanaşı, İmişli rayonunun Hüseyn Cavid küçəsində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər