Xəbər lenti

Dünya 18:13 30.03.2024

Almaniyalı nazir "Putinin dostu" Şröderi SDP-dən çıxmağa çağırdı

Almaniyanın səhiyyə naziri, Sosial Demokrat Partiyasının (SDP) üzvü Karl Lauterbax keçmiş kansler Gerhard Şröderi Rusiya lideri Vladimir Putinlə yaxınlığına görə partiyanı tərk etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazir X sosial şəbəkəsində yazıb.

Lauterbax qeyd edib ki, bir vaxtlar Gerhard Şröderə böyük hörmət bəsləyirdi, çünki onun sözlərinə görə, hər şey lazım olduğu kimi getməsə də, islahatlar aparmağa cəsarət edib.

"Bu gün təəssüf ki, biz ondan utanırıq. Onun artıq SDP ilə heç bir əlaqəsi yoxdur. Putinin "dostu" kimi o, sadəcə olaraq bizim partiyanı tərk etməlidir", deyə alman nazir bildirib.

Lauterbax Şröderin DPA xəbər agentliyinə verdiyi müsahibəyə istinad edib. Keçmiş kansler orada Rusiyanın Ukraynaya hücumundan iki ildən çox vaxt keçdikdən sonra Putinlə dostluğuna sadiq qaldığını açıqlayıb. Şröder iddia edib ki, onun Kremllə yaxşı əlaqələri Ukraynadakı müharibənin sona çatmasına kömək edə bilər: 

"Biz uzun illər ərzində ağıllı şəkildə birlikdə işləmişik. Ola bilsin ki, bu, hələ də danışıqlar yolu ilə həll tapmağa kömək edə bilər, mən başqa həll görmürəm".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->