Xəbər lenti

Dünya 10:23 23.01.2024

Almatıda zəlzələ anının görüntüləri (VİDEO)

Xəbər verildiyi kimi, ötən gün Qazaxıstan-Qırğızıstan sərhəddində 6,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi məlumat yayıb.

Zəlzələ Almatı şəhərində 5 bal gücündə hiss olunub. Qazaxıstan Səhiyyə Nazirliyi zəlzələdən sonra Almatıda 44 nəfər həkimə müraciət etdiyini bildirib: "Müxtəlif yüngül və orta dərəcəli xəsarətlər, məsələn, kəllə-beyin travması, qançırlar, əzaların yerindən çıxması kimi xəsarətlər alan 44 nəfər həkimə müraciət edib".

Yanvarın 24-25-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatıya səfər edəcək və şəhərdəki vəziyyətlə bağlı müşavirə keçirəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali öz "Facebook" səhifəsində məlumat verib.

Dövlət başçısı bir sıra obyektlərə, o cümlədən 2022-ci ilin yanvarında ölkədə baş vermiş etiraz aksiyalarından sonra əsaslı təmir olunmuş inzibati binaya baş çəkəcək. 

Bu arada, Almatıda zəlzələ anı kameralara düşüb. Həmin görüntüləri təqdim edirik:

 

Qeyd edək ki, yanvarın 23-nə keçən gecə Çində, Qırğızıstan və Qazaxıstanla sərhəddə 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Çinin Aksu qraflığından 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin Azərbaycanda da qeydə alınıb.

Həmçinin, Almatıdan 278 kilometr cənub-şərqdə, Qırğızıstan və Çin sərhədində mütəxəssislər 5,8 bal gücündə zəlzələ qeydə alıblar, yanvarın 23-də səhər saatlarında 2 bal gücündə daha bir zəlzələ baş verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->