İdman 13:50 30.12.2022

"Şamaxı" bu futbolçunu da göndərdi

"Şamaxı" Futbol Klubunda növbəti ayrılıq baş tutub.
 
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Rəhbərlik müdafiəçi Adil Nağıyevlə yolları ayırmağı lazım bilib. Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Yayda icarə əsasında komandaya götürülən Nağıyevin müqaviləsi cari mövsümü əhatə edirdi.
 
Səbuhi Həsənov