XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan Meksikada keçirilən Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
Ölkə22:20 04.10.2026

Azərbaycan Meksikada keçirilən Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Azərbaycan 1-4 oktyabr tarixlərində Meksikanın Keretaro şəhərində keçirilmiş Meksikanın Keretaro şəhərində keçirilən Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, festival çərçivəsində "Ümumdünya irsi. Turizm diplomatiyası və mədəniyyət diplomatiyası" mövzusunda panel keçirilib. Paneldə səfirliyin birinci katibi Lalə Səfərova çıxış edib, paytaxt Bakının müxtəlif dövrlərin memarlıq tendensiyalarına uyğun inkişafı, İçərişəhərin tarixi irsinin qorunması ilə şəhərin gündəlik həyatının və turizmin balanslaşdırılması sahəsində hökumət tərəfindən görülən işlər və Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkili barədə məlumat verib.

Tədbir çərçivəsində Ümumdünya İrs Şəhərlərinə həsr olunmuş sərgidə Bakı - İçərişəhərin fotosu nümayiş olunub.