Xəbər lenti

Aptekdən spirt alıb içdi, evdə anasını döydü
Ölkə 20:40 03.06.2025

Aptekdən spirt alıb içdi, evdə anasını döydü

Aptekdən spirt alıb içərək evdə anasını döyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Röyal Əliyevə (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Röyal bir neçə müddətdir spirtli içki aludəçisidir, son zamanlar isə mütəmadi olaraq aptekdən spirt alaraq içdiyi üçün evdə daim münaqişələr yaradıb. 

Təqsirləndirilən şəxs sonuncu dəfə anası L.Ə.-yə əli ilə bir neçə dəfə üz və baş nahiyələrindən zərbə vurub. Zərərçəkmiş qadın məhkəmədə oğlunun həbs olunmasını istəyib. 

Məhkəmənin qərarı ilə Röyal barəsində 3 aylıq azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->