Xəbər lenti

AQTİ-nin Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı oldu
Ölkə 17:43 25.06.2026

AQTİ-nin Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı oldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Nərmin Babayeva təsdiqlənib.

N.Babayeva indiyədək mərkəzin müdir müavini vəzifəsində çalışıb və mərkəzin müdiri vəzifəsini müvəqqəti icra edib.

Xatırladaq ki, daha əvvəl mərkəzə Tünzalə Qocayeva rəhbərlik edib. O, ötən ilin noyabrında İnstitutun İdarə Heyətinin sədrinin müavini təyin olunub.
--> -->