XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
İdman09:15 10.09.2026

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.

Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək.

"Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.

Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.