ARB TV bölgələrdə çalışacaq xüsusi müxbirlərin işə qəbulu ilə bağlı vakansiya elan edib.
Qaynarinfo xəbər verir ki, vakansiyaya əsasən, namizədlərdən televiziya sahəsində iş təcrübəsinin olması, efirə uyğun diksiya və görünüşə malik olmaları, həmçinin uzunmüddətli ezamiyyətlərdə işləməyə hazır olmaları tələb edilir.
Məlumata görə, seçilən əməkdaşlar Bakı ilə müqayisədə daha yüksək əməkhaqqı alacaq və fəaliyyət göstərəcəkləri bölgədə yaşayış yeri ilə təmin olunacaqlar. Xüsusi müxbirlər bölgəni yaxşı tanıyan operator və sürücü ilə birlikdə çalışacaq, gün ərzində bir neçə dəfə canlı bağlantılar vasitəsilə efirə qoşulacaqlar.
Vakansiyaya müraciət etmək istəyən şəxslər CV-lərini və hazırladıqları stand-up hissəsi olan videosüjeti vakansiyanın adını mövzu hissəsində qeyd etməklə
[email protected], mailto:
[email protected]) elektron poçt ünvanına və ya 050 201 93 93 nömrəsinin WhatsApp hesabına göndərə bilərlər.
Şərhlər