Xəbər lenti

Argentinalı ulduz futbolçu İngilərədə klub aldı
İdman 09:54 20.07.2022

Argentinalı ulduz futbolçu İngilərədə klub aldı

Ötən yay aktiv futbolçu karyerasını başa vuran Maksi Lopez futbol aləmində qalmaqda davam edir.

Qaynarinfo xəbər verir ki, karyerası ərzində adı zaman-zaman qalmaqallarla hallanan futbolçu həyatında yeni səhifə açıb. 38 yaşlı Lopez İngiltərənin köklü klublarından biri olan "Birmingem Siti"nin sahibi olub. 

Klubun keçmiş sahibi Paul Suen tərəfindən satışa çıxarılan səhmlər Lopezin üzvü olduğu investisiya qrupu tərəfindən alınıb. "Daily Mirror"un məlumatına görə, satış qiyməti 30 milyon funt-sterlinqdir. Sövdələşməyə keçmiş futbolçudan başqa, "Maxco Capital"ın sahibi və "Global Stars Management"in direktoru Kristian Kodoma da daxildir.

147 illik tarixi olan "Birmingem Siti" 1962-63 və 2010-11 mövsümlərində liqa kubokunu qazanmağı bacarıb. Klub 12 ildir ki, Premyer Liqaya qayıtmağı planlaşdırır. Ötən mövsüm aşağı liqaya düşmək ərəfəsində olan komanda yeni sərmayələrlə daha yüksək pillələrə qalxmağı hədəfləyir.

Argentinalı sabiq futbolçu şəxsi həyatı ilə futbol gündəminə dədüşmüşdü. O, "Sampdoria"da oynadığı illərdə komanda yoldaşı Mauro İkardiyə yaxın olduğu bilinirdi. Eyni dövrdə Mauro İkardi o illərdə Maksi Lopezin həyat yoldaşı Vanda Nara ilə birlikdə idi. Sonradan Lopezdən ayrılan Nara İkardi ilə evlənib.

"River Pleyt”in infrastrukturunda yetişən argentinalı futbolçu "Barselona”, "Milan” kimi klublarla yanaşı, "Malyorka”, "Qremio”, "Kataniya”, "Sampdoriya”, "Torino”, "Udineze”, "Kyevo” və "Vasko da Qama” kimi klublarda da forma geyinib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->