XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İllərlə evlilikdən qaçdı, 52 yaşında nikah masasına oturdu: "Qoca ata olacam, qorxuram"
Maqazin22:00 24.09.2026

İllərlə evlilikdən qaçdı, 52 yaşında nikah masasına oturdu: "Qoca ata olacam, qorxuram"

Axtardığı şöhrəti gec yaşda qazandı, bundan sonra isə karyerasında böyük uğurlara imza atdı. Gənclik illərində birlikdə olduğu sevgilisi ilə evlilikdən qaçdığı üçün ayrıldıqdan sonra uzun müddət verə bilmədiyi bu mühüm qərarı nəhayət qəbul etdi.

Qaynarinfo xəbər verir ki, “Mad Men” serialının ulduz aktyoru Con Hemm gənc həyat yoldaşı Anna Osceolanın hamiləlik xəbəri ilə bağlı nəhayət susqunluğunu pozub.

Con Hemm ata olacağı üçün “həm çox həyəcanlı, həm də dərin qorxu içində” olduğunu etiraf edib.

55 yaşlı məşhur aktyor ötən axşam “Late Night With Seth Meyers” proqramında həyat yoldaşı Anna Osceolanın hamiləlik xəbəri ilə bağlı hisslərini bölüşüb.

“Düşünürəm ki, düzgün olanı edirəm”, deyən aktyor bu hisslərin heç vaxt “itməməli” olduğunu bildirib.

Daha sonra “gec yaşda ata” olması ilə bağlı zarafat edən Hemm belə deyib: “Uşaq 70 yaşına çatanda – yəni mən 152 yaşımda olarkən – "Bacardım!" deyəcəksən”.

Hemm və 38 yaşlı həyat yoldaşı Anna Osceolanın övlad gözlədikləri barədə xəbərlər avqust ayında yayılıb.

Aktrisa 2026-cı il “Emmi” mükafatlarının qırmızı xalçasında geyindiyi zolaqlı libasla böyüyən qarnını ilk dəfə nümayiş etdirib.

Çərşənbə axşamı Set Meyers Osceolanın böyüyən qarnını nümayiş etdirmək üçün “ən doğru” vaxtı seçdiyini qeyd edəndə Hemm də bu fikirlə razılaşıb.

“Bunu bilərəkdən etdiyini demirəm, amma vaxtlama möhtəşəm idi”, deyə aktyor bildirib.

Cütlük 2020-ci ildən birlikdədir. Anna Osceola “Mad Men” serialının final bölümündə qonaq aktyor kimi çıxış edib və Con Hemmi dünya ulduzuna çevirən serialda kiçik bir rol oynayıb.

Serialın çəkiliş meydançasında tanış olaraq münasibətə başlayan cütlük 2023-cü ilin iyununda tanış olduqları bölümün çəkildiyi Kaliforniyanın Biq Sur bölgəsində evlənib.

Cütlük münasibətlərini ictimaiyyətdən uzaq saxlamağa üstünlük versə də, Hemm nikahdan beş ay sonra toyları barədə danışıb.

“Bu, öz qərarımızla çox az sayda qonağın iştirak etdiyi kiçik bir mərasim idi. Həqiqətən möhtəşəm idi”, deyə aktyor bildirib.

Anna Osceola ilə münasibətindən əvvəl Con Hemm aktrisa Cennifer Vestfeldtlə təxminən 20 il davam edən münasibətdə olub. Həmin dövrdə o, “Us Weekly” jurnalına verdiyi müsahibədə “dəhşətli ata” olacağını etiraf etmişdi.

“Qızıl qlobus” mükafatının laureatı olan aktyor 2012-ci ildə “Playboy” jurnalına müsahibəsində də övlad sahibi olmaqla bağlı fikirlərini bölüşüb.

“Uşaq sahibi olmaq üçün içimdə güclü bir istək yoxdur. Buna baxmayaraq, ciddi münasibətim var və əgər belə bir vəziyyət gündəmə gələrsə, bunu qətiyyən gözardı etmərəm”, deyə Hemm bildirib.

Hemm başqa bir müsahibəsində isə evlilik barədə tərəddüdlərini ifadə edib.

“Bunun başqaları üçün heç bir məna daşımamalı olduğunu demək istəmirəm. Bu, sadəcə mənim təcrübəmdir. Mənim nümunə götürüb ‘Budur! Mənim istədiyim məhz budur!’ deyəcəyim ideal evlilik həyatı nümunəm yoxdur”, deyə aktyor bildirib.

Aydın