Aşıq Telli Borçalının mərhum qardaşı Ataxan Qurbanov Azərbaycan Aşıqlar Birliyinin üzvü deyildi.
Bu barədə Qaynarinfo-ya açıqlamasında birliyin katibi Musa Nəbioğlu deyib.
O qeyd edib ki, Teli Borçalının özü və daha bir qardaşı Azərbaycan Aşıqlar Birliyinin üzvüdür:
"Onlar ailəliklə aşıq sənətinin davamçılarıdır. Ataxan daha çox Gürcüstanda fəaliyyət göstərib. Tədbir Aşıqlar Birliyinin deyildi, hansısa kitabın təqdimetmə mərasimidir. Ataxan orada çıxış edib. Çıxışdan 5 dəqiqə sonra yerə oturub və onunla da canını tapşırıb".
Xatırladaq ki, Aşıq Telliyə ağır itki üz verib. Aşığın qardaşı 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov Atatürk Mərkəzində tədbirlərin birində qəfil vəfat edib.
Bahar Rüstəmli
Şərhlər