Alimlər Şir, Hidra və Sekstant bürclərində indiyədək kainatda aşkar edilmiş ən böyük fırlanan strukturu – bir neçə yüz qalaktikadan ibarət toplanma və onları birləşdirən, görünən, qaranlıq materiyadan formalaşmış və diametri 49 milyon işıq ili olan "göbək bağı" kəşf ediblər.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Oksford Universitetinin mətbuat xidməti xəbər yayıb.
"Bu struktur yalnız nəhəng ölçülərinə görə deyil, həm də onun tərkibinə daxil olan obyektlərin oxlarının və fırlanma istiqamətlərinin qeyri-adi kombinasiyasına görə xüsusi maraq doğurur. Onu əyləncə parkındakı "fincan" attraksionu ilə müqayisə etmək olar. Hər bir qalaktika fırlanan fincan rolunu oynayır, bu fincanlar isə öz oxu ətrafında hərəkət edən daha böyük bir strukturun içində yerləşir", – deyə Oksford Universitetinin elmi əməkdaşı Çon Soen bildirib.
Çon Soen və həmkarlarının izahına görə, kosmoloqlar kainatın quruluş etibarilə nəhəng üçölçülü hörümçək toruna bənzədiyini güman edirlər. Onun sapları qaranlıq materiya yığınlarından ibarətdir. Bu sapların kəsişmə nöqtələrində qalaktikalar və onların toplanmaları şəklində görünən materiyanın sıx yığınları cəmlənir. Astronomlar ümid edirlər ki, bu torun düyünlərinin müşahidəsi qalaktikaların böyümə mexanizmlərini və bütövlükdə kainatın strukturunun formalaşmasını üzə çıxarmağa kömək edəcək.
Xüsusilə alimləri uzun müddətdir, maraqlandıran məsələ görünən materiyanın "kosmik torun" saplarında tədricən necə toplanması və bu prosesin qalaktikaların quruluşuna necə təsir etməsidir. Bu məlumatları əldə etmək üçün alimlər Yerdən 430 milyon işıq ili uzaqlıqda, Şir, Hidra və Sekstant bürclərində yerləşən torun bir seqmentini Cənubi Afrikanın MeerKAT radioteleskopu vasitəsilə öyrəniblər.
Xüsusilə, astronomlar uzun müddətdir maraqlanırlar ki, görünən maddə necə tədricən "kosmik tor" liflərində toplanır və bu proses qalaktikaların quruluşuna necə təsir göstərir. Bu məlumatları əldə etmək üçün alimlər Yerə 430 milyon işıq ili məsafədə, Aslan, Hidra və Sextant ulduz qruplarında yerləşən torun bir seqmentini Cənubi Afrika radioteleskopu - "MeerKAT" vasitəsilə araşdırıblar.
Alimlərin diqqətini eni 117 min işıq ili olan tor seqmenti çəkib. Onun daxilində uzunluğu 5,5 milyon işıq ili olan xətt boyunca düzülmüş 14 qalaktika yerləşirdi. Qalaktikaların fırlanma sürəti və istiqaməti ölçülərkən məlum olub ki, "göbək bağı"nın müxtəlif tərəflərində yerləşən qalaktikalar oxlarının oxşarlığına malikdir və təxminən eyni sürətlə, lakin əks istiqamətdə hərəkət edirlər. Bu isə bütün strukturun öz oxu ətrafında fırlandığını göstərir.
Bu kəşf alimləri həmin "kosmik torun" qonşu seqmentlərində yerləşən daha bir neçə yüz qalaktikanı öyrənməyə sövq edib. Tədqiqatçılar burada da qalaktikaların fırlanma sürətində oxşar fərqləri aşkar ediblər. Bu isə bütün torun – uzunluğu 49 milyon işıq ili olan strukturun öz oxu ətrafında fırlandığını göstərir. Bu, kainatda indiyədək öyrənilmiş ən böyük fırlanan obyekt hesab olunur. Astronomların sözlərinə görə, bu fırlanma qalaktikaların formalaşmasına və onlara yeni materiyanın axınına əhəmiyyətli təsir göstərir və nəzəri hesablamalarda mütləq nəzərə alınmalıdır.
Şərhlər